Rusiya Dumasına seçkilər keçirilir
Ölçü:

Rusiyada Dövlət Dumasına seçkilər keçirilir.

Koordinat.az xəbər verir ki, “İnterfaks” agentliyinin yaydığı məlumata görə, ilk seçki məntəqələri sentyabrın 17-də Kamçatka və Çukotkada açılıb. Rusiya Federasiyası ərazisində səsvermə sentyabrın 19-da Moskva vaxtı ilə saat 21:00-da ölkənin ən qərb bölgəsində – Kalininqrad vilayətində seçki məntəqələri bağlandıqda başa çatacaq.

MSK rəhbəri Ella Pamfilova bildirib ki, Dövlət Dumasına seçkilərə qatılan partiyalardan rekord sayda təşviqat materialı qeydə alınıb.

Duma seçkilərində səsvermə 17-19 sentyabr tarixlərində keçiriləcək. Ruslar Dövlət Dumasının deputatlarından başqa bir sıra bölgələrin başçılarını, regional parlamentlərin və yerli özünüidarə orqanlarının nümayəndələrini də seçəcəklər. Ümumilikdə, ölkənin 85 bölgəsində 4,4 mindən çox seçki kampaniyası keçiriləcək. Müxtəlif səviyyəli seçkilərdə səsvermənin nəticələrinə görə, 31 mindən çox yer paylanacaq.
17.09.2021 10:39:00
Oxuma sayı: 202