Paşinyan Rəisi ilə Gorus-Qafan yolundan danışdı
Ölçü:


Ermənistan Baş naziri Nikol Paşinyan Tacikistanda İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə görüşüb.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Görüş zamanı İranla Ermənistan arasında iqtisadi münasibətlərin inkişafı müzakirə olunub. Paşinyanın Rəisi ilə Gorus-Qafan yolunda yaranmış vəziyyətə toxunduğu da gələn xəbərlər arasındadır.

Qeyd edək ki, Tacikistanda işgüzar səfərdə olan Paşinyan sentyabrın 16 -da Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edib.  

Xatırladaq ki, sentyabrın 12-dən Gorus-Qafan yolunun Azərbaycandan keçən 21 km-lik hissəsində postlar qurulub. Azərbaycan tərəfi İrandan gələn yük avtomobillərindən rüsum tələb etməyə başlayıb. Ermənistan da, İran da hazırda Gorus-Qafan yolunda İrandan gələn yük avtomobillərinin Azərbaycan tərəfindən yoxlanılmasından narahatdır.

17.09.2021 10:12:00
Oxuma sayı: 190