DSX valideynlərin əsgərlərlə görüşünə məhdudiyyət qoydu
Ölçü:


Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi qulluqçularla koronavirusla əlaqədar görüşlərə məhdudiyyət qoyulub.

Koordinat.az
xəbər verir ki, bu barədə APA-ya Dövlət Sərhəd Xidmətindən bildirilib. Qeyd olunub ki, “Azərbaycan Respublikası ərazisində Koronavirus (COVİD-19) pandemiyasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarlarına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüşlərin təşkilində tətbiq edilmiş məhdudiyyətlər qüvvədədir."

Sərhəd mühafizə qurumlarında “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması üzrə fəaliyyətlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin birləşmələrində hərbi qulluqçularının koronavirus əleyhinə vaksinasiyası davam etdirilir.

17.09.2021 09:58:00
Oxuma sayı: 187