Müəllimlərin işə qəbul müsabiqəsi ildə bir neçə dəfə keçiriləcək
Ölçü:


Gələcəkdə müəllimlərin işə qəbul müsabiqəsinin il ərzində bir yox, bir neçə dəfə keçirilməsi nəzərdə tutulur.

Koordinat.az
xəbər verir ki, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktor əvəzi Nurlan İsmayılbəyli deyib. O bildirib ki, bu istiqamətdə yeniliklər olacaq: "O formata keçsək, vakant yerlərlə bağlı da yeniliklər olacaq. Düşünürük ki, bu, daha faydalı olacaq".

16.09.2021 16:56:00
Oxuma sayı: 819