Ermənilər Gorus-Qafan yoluna alternativ yol çəkmək istəyir
Ölçü:


Ermənistan Şimal-Cənub layihəsi çərçivəsində Qacaran-Sisian yolunun inşasına 1 milyard dollar dəyərində yardım ayırmağı planlaşdırır.

Koordinat.az
xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Vaan Kerobyan söyləyib: “Qafandan Gorusa köməkçi yol var amma o, yol pis vəziyyətdədir. Həmin yol ən pis hallar üçün B planı rolunu oynayır. Hazırda həmin yolda hərəkəti bərpa etmək üçün çalışırıq”.

Kerobyan beynəlxalq kredit hesabına inşa olunacaq Qacaran-Sisian yolunun Şimal-Cənub dəhlizinin işə başlamasında əsaslı dəstək olacağını söyləyib.

Nazir İrandan gələn yük maşınlarının ölkəyə gəlməsində ciddi problemlərin olduğunu da əlavə edib.

16.09.2021 16:26:00
Oxuma sayı: 352