ÜST xəbərdarlıq edir: “Peyvənd kifayət deyil”
Ölçü:

“Azərbaycan regionda koronavirus əleyhinə peyvəndləməyə ilk başlayan ölkələrdəndir, ölkədə peyvəndlənənlərin sayında müşahidə edilən artım sevindiricidir”.

Koordinat.az
-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

H.Harmancı deyib ki, vətəndaşlar vaksinasiya prosesində nə qədər aktiv iştirak edərlərsə, infeksiya ilə mübarizədə əhəmiyyətli nəticə əldə olunar: “İndiyə qədər Azərbaycanda əhalinin təxminən 30 faizi iki doza peyvənd qəbul edib. Nəzərə almaq lazımdır ki COVID-19-la mübarizədə təkcə peyvəndləmə kifayət deyil. Bütün dünya başa düşür ki, yalnız peyvəndlə xəstəlikdən xilas olmaq mümkün deyil. Qapalı məkanlarda, kütləvi toplaşmalar zamanı tibbi maskadan istifadə etmək, sosial məsafə gözləmək çox vacibdir”.

16.09.2021 13:53:00
Oxuma sayı: 815