Payızda yoluxma yenidən arta bilər - Xəbərdarlıq
Ölçü:

“Son vaxtlar xeyli yumşalmalara getmişik, qadağaların əksəriyyəti götürülüb. Amma bu, bizi arxayınlaşdırmamalıdır”.

Koordinat.az
-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Bu gün COVID-19” mövzusunda çıxışında deyib. O, deyib ki, bəzi ölkələrdə aradan qaldırılan qadağalar məhz vaksinasiya hesabınadır: “Həmin ölkələrdə əhalinin 80 faizindən çoxu vaksinasiyadan keçib. Bizdə yeni dalğanın başlanğıcında qapanmalara gedilmədi. Təcrübə göstərir ki, verilən qərarlar doğrudur”.

Bununla belə, baş infeksionist yoluxma dinamikasında artım olacağını istisna etməyib: “Hazırda dalğanın enişindəyik. Payız və qış aylarında məktəblərin açılması, Məhərrəmlik ayının bitməsi, toyların başlaması ilə təmasların artması nəticəsində, həmçinin havaların soyuması ilə əlaqədar qapalı məkanlarda toplaşmaya görə yoluxma hallarında yenidən artım ola bilər. Bunun baş verməməsi üçün mümkün riskləri qiymətləndirməliyik. Təmaslardan çəkinməliyik”.

15.09.2021 14:38:00
Oxuma sayı: 832