Koronavirusa görə sənədi olmayan müəllimlər məktəblərə buraxılmayacaq
Ölçü:


Peyvənd olunmayan, əks-göstəriş və ya immun sertifikatı olmayan müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar.

Koordinat.az
-ın məlumatına görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, əks-göstəriş sertifikatı təqdim edən müəllimlərin sayı barədə məlumatlar gündəlik dəyişir.

Vaksin olunmadığı üçün təhsil müəssisələrinə buraxılmayacaq təhsil işçilərinin əməkhaqqı məsələsinə gəlincə isə nazir müşaviri bildirib ki, bununla bağlı hələlik konkret qərar yoxdur.

14.09.2021 12:56:00
Oxuma sayı: 245