DİM-in hər iki doza vaksini vurduran 29 yaşlı əməkdaşı COVID-dən öldü
Ölçü:


Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı Zəhra Qarayeva vəfat edib.

Koordinat.az
xəbər verir ki, Mərkəzin Mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə “Report”a açıqlamasında onun avqustun 2-də məzuniyyətə çıxdığını, məzuniyyət vaxtı COVID-19-a yoluxub və xəstəxanaya yerləşdirilib.

"Daha əvvəl hər iki doza vaksin olunub. Xəstəxanada müalicə alıb və özünü normal hiss edib. Lakin sonradan daxili orqanlarında – böyrəyində yaranmış problemlə əlaqədar vəziyyəti pisləşib. Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb və sentyabrın 8-də xəstəxanada vəfat edib. Gənc idi, 29 yaşı var. Allah yaxınlarına səbir versin. Allahdan rəhmət diləyirik!", - X.Xanlarzadə deyib.

10.09.2021 10:49:00
Oxuma sayı: 312