YAP İdarə Heyətinin iclası çağırıldı
Ölçü:


Sabah hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

Koordinat.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında YAP-ın İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimov deyib. O qeyd edib ki, iclasın gündəliyində bir neçə məsələ var.

Qeyd edək ki, sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun xoşagəlməz videogörüntüləri yayılıb. YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında R.Göyüşovun partiya sıralarından xaric edilməsi məsələsinə baxılacağı gözlənilir.

09.09.2021 16:37:00
Oxuma sayı: 225