Qarabağ müharibəsindən sonra Türkiyənin dronlarına maraq artıb
Ölçü:

İdlib və Qarabağdakı müharibədən sonra Türkiyənin “Bayraktar TB2” PUA-sına maraq çox artıb.

 Koordinat.az
xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib. O, bildirib ki, Türkiyənin istehsal etdiyi silahlı pilotsuz uçuş aparatlarına (PUA) dünyada böyük maraq var.

“Hətta bəzən elə olur ki, “Bayraktar TB2” üçün sifarişləri yerinə yetirməkdə çətinlik çəkirik. Bu vaxta qədər imzalanan 10-dan çox razılaşma var”, - deyə Bayraktar qeyd edib.

09.09.2021 13:22:00
Oxuma sayı: 313