Paşinyan Gürcüstana gedir
Ölçü:

Ermənistan baş naziri Nikol Paşinyan Gürcüstana səfər edəcək.

Koordinat.az xəbər verir ki, səfər sentyabrın 8-9 tarixlərində baş tutacaq. Paşinyanın səfər zamanı baş nazir İrakli Qaribaşvili və prezident Salome Zurabişvili ilə görüş gözlənilir. İki ölkənin baş nazirlərinin danışıqlardan sonra KİV önündə bəyanat verəcəkləri planlaşdırılır.

07.09.2021 16:15:00
Oxuma sayı: 257