Peyvənd olunmayan müəllimlərə xəbərdarlıq
Ölçü:


Vaksinasiya prosesi ilə bağlı güzəşt etməyi düşünmürük.

Koordinat.az
xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə bildirib. Nazir qeyd edib ki, vaksin olunmayan müəllimlər və digər təhsil işçiləri də bu prosesə cəlb ediləcək: "Ali təhsil sistemində əyani tədrisə keçsək də, böyük auditoriyalarda mühazirə zamanı müəyyən məhdudiyyətlər olacaq. Vaksinasiya məsələsində güzəştlər etməyi düşünmürük. Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstəriş sertifikatını təqdim etməlidirlər. Bu, müəllimlərə də aiddir. Vaksin sertifikatı təqdim etməyənlərə güzəşt etməyəcəyik".

07.09.2021 14:27:00
Oxuma sayı: 15648