Hulusi Akar: "Türkiyə hərbi təyyarə istehsal edəcək"
Ölçü:



Yaxın gələcəkdə milli hərbi təyyarəmizin istehsalına başlayacağıq.

Koordinat.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar 2021-22-ci il Hərbi hava Qüvvələrinin tədris ilinin açılışında deyib.

O bildirib ki, Türkiyə artıq özünün silah-sursatını. helikopter, pilotsuz uçuş aparatı (PUA), silahlı PUA, haubitsalarını istehsal edir və ixracını həyata keçirir:

"Yaxın gələcəkdə milli hərbi təyyarəmizin də istehsalına başlayıb xarici tədarükdən asılılığımızı azaldacğıq. Yüksək texnologiyalara əsaslanan müdafiə sənayemizdə yerli və milli istehsal göstəricilərini daha da artıracağıq".

H.Akar əlavə edib ki, Türkiyə ordusunun hazırda ən başlıca vəzifəsi terrorl mübarizədir: "Terrorçu haradadırs, hədəfimiz oradır. Ən son terrorçu zərərsizləşdirilənədək onlarla mübarizəmizi davam etdirəcəyik".
02.09.2021 12:28:29
Oxuma sayı: 253