Mədəniyyət nazirliyində yeni kadr təyinatı
Ölçü:



Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Polad Mansur oğlu Zeynalov təqaüd yaşı ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini vəzifəsindən azad edilib.

Koordinat.az xəbər verir ki, nazir Anar Kərimovun digər əmri ilə Nadir Zaməddin oğlu Əlimirzəyev Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nadir Əlimirzəyev əmək fəaliyyətinə müxtəlif Tədris-hazırlıq mərkəzlərində kurs rəhbəri kimi fəaliyyətə başlamış, daha sonra “Azersun Holding” şirkətində insan resursları departamentində aparıcı mütəxəssis, bir sıra şirkətlərdə menecer, informasiya texnologiyaları üzrə mütəxəssis vəzifələrində calışıb.

2018-ci il 3 avqust tarixindən isə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə inspektor vəzifəsinə, 2021-ci il 16 avqust tarixindən isə Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilmişdir. Nadir Əlimirzəyev 1980-ci ildə Qəbələ rayonunda doğulmuş, ailəlidir, iki övladı var.
02.09.2021 11:51:00
Oxuma sayı: 376