Erməni cinayətkarlarla bağlı hesabat təqdim olundu
Ölçü:


Ermənistan vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə bu il iyunun 2-dək avqustun 2-dək keçirilmiş cinayət işi üzrə məhkəmə proseslərinin müşahidəsinin yekun hesabatının media nümayəndələri üçün təqdimatı olub.

Koordinat.az
xəbər verir ki, təqdimatı hesabatın müəllifi, hüquqşünas, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İsgəndərli və hüquqşünas Fariz Əkbərov təqdim ediblər. Tədbirdə bildirilib ki, məhkəmə zamanı bu Ermənistan vətəndaşlarının azərbaycanlılara qarşı müharibə cinayətləri törətməsi tam şəkildə sübuta yetirilib.

Qeyd olunub ki, açıq və şəffaf şəkildə, beynəlxalq standartlara uyğun keçirilən məhkəmə iclaslarında yerli və xarici vətəndaş cəmiyyəti qurumlarının, Ombudsman təsisatının təmsilçiləri, media və QHT nümayəndələri iştirak ediblər.
 
24.08.2021 11:59:00
Oxuma sayı: 403