Vətən müharibəsində itkin düşmüş 7 hərbçimiz hələ də tapılmayıb
Ölçü:


Ötən ilin payızında 44 günlük Vətən müharibəsi zamanı itkin düşmüş hərbçilərimizdən 7 nəfəri hələ də tapılmayıb. 11 aya yaxındır ki, onların axtarışları aparılır.

Müdafiə Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, hazırda itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsi zamanı verdiyi şəhid sayı sonuncu rəsmi statistikada 2907 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin sonuncu siyahısını 14 iyul 2021-ci il tarixində dəyişib. Həmin siyahıda 7 hərbi qulluqçumuz itkin düşmüş sayılır.

İtkin düşmüş döyüşçülərdən 4-ü əsgər, biri gizir, bir nəfər MAXE, digəri isə leytenantdır.

 
24.08.2021 10:25:00
Oxuma sayı: 390