Füzuli aeroportunda sınaq uçuşları başladı
Ölçü:


Füzuli Beynəlxalq hava limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılır.

Koordinat.az
xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC məlumat yayıb. Məlumata görə, 20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.

Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcək.

Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.

23.08.2021 15:08:00
Oxuma sayı: 411