“YAŞAT” Fondu 8427 nəfəri öhdəliyə götürüb
Ölçü:

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) tərəfindən indiyədək 2908 şəhid ailəsi ziyarət olunub.

Koordinat.az xəbər verir ki, fond bu günə qədər 8427 şəxsi öhdəliyə götürüb və onların problemlərinin həlli davam etdirilir. Bundan başqa, 3782 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 15 241-dir

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.

Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

21.08.2021 18:35:00
Oxuma sayı: 448