Dərslər sentyabrın 15-də açılacaq
Ölçü:


Azərbaycanda sentyabrın 15-də dərslərin bərpa olunması nəzərdə tutulur. Lakin ənənəvi tədrisin bərpası sentyabrın əvvəlinə olan epidemioloji vəziyyətdən asılıdır.

Koordinat.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi qeyd edib ki, uşaqların və valideynlərin peyvənd olunması ilə bağlı hər hansı tələb yoxdur.  Ancaq təhsil işçilərilə bağlı tələbə görə, onların 80 faizinin peyvənd olunması vacibdir.

20.08.2021 12:14:00
Oxuma sayı: 519