COVİD pasportu olmayanlar cərimələnəcək - 200 manatdan 400 manatadək
Ölçü:


COVID-19 pasportu ilə bağlı cərimələrin məbləği açıqlanıb.

Koordinat.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaq. Onun sözlərinə görə, təhsil müəssisələrində əyani tədrisin başlaması üçün monitorinq qruplarına Təhsil Nazirliyinin nümayəndələri dəvət olunacaq.

"İri ticarət mərkəzlərində beynəlxalq təcrübə əsas götürülməklə obyektlərin qarşısına polis nümayəndələrinin dayanması nəzərdə tutulmur. Obyekt nümayəndələri tərəfindən obyektlərə daxil olan şəxslərin pasportları yoxlanacaqdır. Lakin qəfil şəkildə həmin mərkəzlərdə polis yoxlanışı keçiriləcək. Əgər qanun pozuntusu aşkarlanarsa, obyekt sahibi barəsində inzibati tənbeh tətbiq ediləcək. Fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaq, hüquqi şəxslər barəsində həbs qəti imkan tədbiri tətbiq olunacaq", - deyə DİN rəsmisi qeyd edib.

20.08.2021 11:56:00
Oxuma sayı: 393