COVID pasportu olmayanları məktəblərə, iri bazarlara buraxmayacaqlar - sentyabrın 1-dən
Ölçü:


Son günlər ərzində Azərbaycanda da koronavirusa yolxuma sayı kifayət qədər yüksəkdir.

Koordinat.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. O, qeyd edib ki, sentyabrın 1-dən növbəti məhdudiyyətlər tətbiq olunacaq. Belə ki,sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:
- ictimai iaşə müəssisələrində;
- mehmanxanalarda;
- iri ticarət mərkəzlərində.
- təhsil ocaqlarında.
20.08.2021 10:59:00
Oxuma sayı: 377