Erməni hərbçilərin boşaltdığı kəndi rus sülhməramlıları tutdu
Ölçü:


Qarabağda erməni hərbçilərin bir neçə gün əvvəl tərk etdiyi Sarıbaba kəndi (ermənilər Şuşanın bu kəndinə Yextsaoq deyirlər) rus sülhməramlıları tərəfindən tutulub.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Sarıbaba kəndindəki mövqelər dünəndən rusiyalı sülhməramlıların nəzarətinə keçib. Bildirilib ki, rusiyalı sülhməramlıların gəlişi ilə Sarıbabada yaşayan erməni sakinlərin təhlükəsizliyi üst səviyyədə təmin olunub.

Məlumata görə, hazırda Şuşa rayonunun Laçın dəhlizinə yaxın 4 kəndi erməni hərbmilərinin nəzarətindədir. Bunların Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Sarıbaba və Turşsu kəndləridir.

 
20.08.2021 09:39:00
Oxuma sayı: 362