BMT “Taliban”la danışıqlara gedir
Ölçü:


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş liderlərinin dəqiq kimlər olduğu müəyyənləşəcəyi təqdirdə, “Taliban”la danışmağa hazır olduğunu bildirib.

Koordinat.az xəbər verir ki, bu barədə Quterreş BMT-nin mənzil qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib. ABŞ-ın paytaxt Kabildəki hava limanından tamamilə çəkilməsindən sonra BMT-nin aeroportu idarə edə biləcəyinə dair suala cavab verən Quterreş bildirib ki, BMT-nin indiki şəraitdə hava limanını istismar etməsi real deyil.

BMT rəhbəri Əfqanıstanda bütün etnik qrupları təmsil edən hökumətin qurulmasını və insan hüquqlarına hörmət edilməsini istəyib.

 
19.08.2021 22:55:00
Oxuma sayı: 383