Rusiya şirkətləri Azərbaycanda “ağıllı şəhər” quracaq
Ölçü:


Rusiya İxracat Mərkəzi Azərbaycanda "Ağıllı şəhər" biznes-missiyasında iştirak edəcək şirkətlərin seçiminə başlayıb.

Koordinat.az xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyindən bildirilib. Məlumata görə, Azərbaycan bazarına çıxmaqda maraqlı olan energetika, nəqliyyat, "ağıllı şəhər"lərin tikintisi, dəmir yolu texnikası tədarükü və rəqəmsal texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər əməkdaşlığa dəvət olunub.

Biznes-missiya ərzində Azərbaycan və Rusiya dövlət qurumlarının iştirakilə xüsusi proqram təşkil olunacaq, həmçinin işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçiriləcək.

18.08.2021 17:37:00
Oxuma sayı: 411