Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü- FOTO
Ölçü:


“IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerlə görüşüb.

Müdafiə Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

18.08.2021 14:32:00
Oxuma sayı: 251