Üçtərəfli işçi qrupu yenidən fəaliyyətə başladı
Ölçü:


Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu yenidən fəaliyyətə başlayıb.

Koordinat.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, avqustun 17-də Moskvada görüş keçirilib.

Tərəflər Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpasını və Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin 2021-ci il yanvarın 11-də imzaladıqları bəyanatın yerinə yetirilməsi məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, bu ilin yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərara alınıb. Bir müddət əvvəl işçi qrupun fəaliyyəti dayandırılmışdı.
17.08.2021 18:11:00
Oxuma sayı: 234