1231 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Ölçü:


Cari ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1231 nəfər gələn, Azərbaycandan isə 184 nəfər gedən qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Koordinat.az-a verilən məlumata görə, miqrasiya saldosu ölkə üzrə müsbət 1047 nəfər təşkil edib.

17.08.2021 17:39:00
Oxuma sayı: 229