Koronavirusa yoluxma 3300-ü keçdi
Ölçü:


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3322 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 373 175 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 340 174 nəfər müalicə olunaraq sağalıb, 5188 nəfər vəfat edib, aktiv xəstə sayı 27813 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 007, ötən müddət ərzində isə ümumilikdə 4 235 142 test aparılıb.
17.08.2021 16:44:00
Oxuma sayı: 14574