Kəlbəcərə işıq Daşkəsəndən çəkilib
Ölçü:


“Azərenerji” ASC Prezident İlham Əliyev tərəfindən açılışı həyata keçirilən yeni tikilən 110/35/10 kV-luq Kəlbəcər yarımstansiyasının və Murovu aşmaqla 70 km məsafədə çəkilən 110 kV-luq ikidövrəli Daşkəsən-Kəlbəcər xəttinin görüntülərini yayıb.

Koordinat.az xəbər verir ki, ən çətin dağlıq, sıldırım relyefdə, qarlı, şaxtalı, tufanlı havada, yolsuzluq, buzlu, sürüşkən ərazidə çəkilən 110 kV-luq ikidövrəli Daşkəsən-Kəlbəcər xətti və yarımstansiya üçün ağır texnika, avadanlıq da daxil olmaqla bütün yük havanın necə olmasından asılı olmayaraq Ağdərə və Murov yolundan daşınıb.
70 km məsafədə ikidövrəli variantda çəkilən xətt üçün 240 anker və aralıq dayaq quraşdırılıb. 110 kV-luq xəttin 20 km məsafəsi məhz 3300 metrə qədər xüsusi buzlaşmış ərazidən keçdiyindən 70 km uzunluqda xəttin 20 km məsafəsində daha iri qabaritli 220 kV-luq dayaqlardan istifadə edilib.

İş fasiləsiz, növbətçilik prinsipi ilə aparılıb. Kəlbəcər yarımstansiyası məsafədən idarə olunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulmaqla tam rəqəmsallaşdırılıb.

Yarımstansiya və elektrik verilişi xəttinin tikintisinin çətin coğrafi şəraitdə aparılmasına baxmayaraq, işlər rekord sayılacaq müddət ərzində yekunlaşdırılıb.
17.08.2021 12:34:00
Oxuma sayı: 221