26 abituriyentin imtahan nəticəsi ləğv edildi
Ölçü:


Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 27-28 iyul 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

Mərkəzdən Koordinat.az-a verilən məlumata görə, qəbul imtahanlarında iştirak edən 26 nəfərin nəticəsi ləğv edilib. Həmin abituriyentlər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
10.08.2021 17:38:00
Oxuma sayı: 15897