Ermənistan ordusu noyabrın 11-dən bəri 66 hərbi qulluqçusunu itirib
Ölçü:

Ermənistan ordusu noyabrın 11-dən bəri 66 hərbi qulluqçusunu itirib.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Həmin 66 hərbi qulluqçudan 24-ü Azərbaycana qarşı təxribat-diversiya cəhdləri zamanı və mina partlayışları zamanı ölüb.

Bundan başqa, daha 42 qeyri-döyüş itkisi – intihar, xəstəlik, avtomobil qəzası və silahla davranış qaydalarının pozulması kimi hallar qeydə alınıb.

Bu müddətdə daha 3 erməni hərbçisi itkin düşmüş sayılır. Onlar biri – çağırışçı Norik Mkrtçyan Basarkeçərdəki hərbi hissəni özbaşına tərk edib. İyulun 14-də isə Qaragöl yaxınlığındakı mövqedə A.Nalbandyan və A.Torosyan itkin düşüblər. Onların taleyi barədə bu günə qədər məlumat yoxdur.
30.07.2021 10:31:00
Oxuma sayı: 244