Rusiya Minsk Qrupundakı həmsədrini dəyişdi
Ölçü:


ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri dəyişib.

Koordinat.az xəbər verir ki, İqor Anatoliyeviç Xovayev Rusiyadan olan həmsədr təyin olunub. O, 2010-cu ildən bu vəzifəni yerinə yetirən İqor Valentinoviç Popovu əvəz edib.

Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsində olan 59 yaşlı İqor Xovayev 2015-2020-ci illərdə Rusiya Federasiyasının Filippindəki səfiri vəzifəsində çalışıb.

Xatırladaq ki, bu gün ATƏT-in Minsk Qrupu bu gün Ermənistan Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb. Bəyanat həmsədrlər Stefani Viskonti (Fransa),  Endryu Şofer (ABŞ) və İqor Xovayevin (Rusiya) adından yayılıb.

29.07.2021 22:33:00
Oxuma sayı: 151