“Zəfər yolu” sentyabrda istifadəyə veriləcək
Ölçü:

“Zəfər yolu”nun 30 kilometrə yaxın hissəsi asfaltlanıb.

Koordinat.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, sentyabrın 15-nə qədər yolun asfaltlanma işlərinin yekunlaşdırılması planlaşdırılır: “Ümumi uzunluğu 101,9 kilomter olan yol iki zolaqdan ibarətdir. Sentyabr ayında asflatlanmış yoldan istifadə etmək mümkün olacaq”.

Qeyd edək ki, “Zəfər yolu” işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

29.07.2021 15:10:00
Oxuma sayı: 361