ABŞ Dövlət Departamenti Azərbaycanla Ermənistan danışıqlara çağırdı
Ölçü:

ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonu istiqamətində baş verən toqquşmanı pisləyən bəyanat yayıb.

Koordinat.az
xəbər verir ki, açıqlamada tərəflərdən atəşkəs rejiminə riayət etmək çağırışı yer alıb: “Münaqişənin uzunmüddətli siyasi həlli üçün tərəfləri ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları bərpa etməyə çağırırıq”.

Açıqlama Dövlət Departamentinin rəsmisi Ned Prays tərəfindən verilib.

Xatırladaq ki, dünən Kəlbəcər istiqamətində erməni təxribatı nəticəsində azı 3 erməni hərbçisi ölüb, 5 nəfər yaralanıb. Azərbaycan tərəfinin isə 2 hərbçisi xəsarət alıb.

29.07.2021 09:52:00
Oxuma sayı: 304