Azərbaycan İrana 500 milyon dollar kredit ayırıb
Ölçü:


Azərbaycan İrana 500 milyon dollar dəyərində kredit ayırıb.

Koordinat.az xəbər verir ki, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. O qeyd edib ki, "Şimal-Cənub" layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinə 2018-ci ilin birinci yarısında başlanılacaq.

O əlavə edib ki, Azərbaycan tərəfi dəmir yolunun tikintisi çərçivəsində artıq İrana 500 milyon dollar dəyərində kredit ayırıb və hər iki tərəf kredit sazişini imzalayıb.
15.11.2017 13:07:00
Oxuma sayı: 1249