Erməni casuslarına 16 il iş istəndi
Ölçü:



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Koordinat.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında hər iki şəxsin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hazırda məhkəmə davam edir.

 
28.07.2021 12:00:59
Oxuma sayı: 160