Ermənistan 3 hərbçisinin ölümünü təsdiqlədi
Ölçü:



Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla təmas xəttində atəşkəs rejiminin yenidən bərpa olunduğunu açıqlayıb.

Koordinat.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, pozulan atəşkəsin yenidən bərpası barədə razılıq Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunub.

Ermənistan tərəfi döyüşlər zamanı baş leytenant Ayk Qorqyan, əsgər Koryun Arutunyan və əsgər David Koçaryanın ölümünü təsdiqləyib. Bundan başqa, düşmənin daha 3 hərbçisi yaralanıb.

Qeyd edək ki, Ermənistan tərəfi Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcərdə yerləşən mövqelərini atəşə tutub. Düşmən müxtəlif kalibrli silhalardan, o cümlədən minomyot və tanklardan istifadə edib.

İlkin məlumatda Ermənistanın təxribat törədən 3 hərbçisinin öldüyü, iki nəfərin isə yaralandığı bildirilirdi.
28.07.2021 12:27:30
Oxuma sayı: 150