Ermənistan itkilərini açıqladı: 3 ölü, 2 yaralı
Ölçü:



Ermənistan Silahlı Qüvvələri hərbçilərinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb, 2-si yaralanıb.

Koordinat.az "News.am"a istinadən xəbər verir ki, itki barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Məlumata əsasən, iyulun 28-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dövlət sərhədində atəşkəsi pozub. Ermənistan Müdafiə Nazirliyinin yerli vaxtla saat 08.30-a olan məlumatına görə, Ermənistan tərəfdən 3 hərbçi ölüb, 2-si yaralanıb.

28.07.2021 10:02:00
Oxuma sayı: 157