ATƏT-in Minsk qrupu Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahatdır
Ölçü:

ATƏT-in Minsk qrupu Azərbaycan-Ermənistan sərhədində qeydə alınan gərginliklə bağlı açıqlama yayıb.

Koordinat.az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, təşkilat hər iki tərəfi təmkinli olmağa çağırıb: “Biz tərəfləri sakitliyə və təmkinli olmağa, təxribatçı addımlardan çəkinməyə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin bayrağı altında tezliklə danışıqlara qayıtmağa çağırırıq”.

ABŞ Dövlət Departamenti də sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib: “Biz bir müddət öncə, Yerasx-Sədərək istiqamətində Azərbaycan-Ermənistan sərhədində baş verən insindentdən narahatıq. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi bütün tərəflərlə Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həlli üçün səylərinə sadiqdir”.

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə sakini, 1993-cü il təvəllüdlü gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

24.07.2021 12:44:00
Oxuma sayı: 1693