Müəllimlərin işə qəbulu üzrə test imtahanının nəticələri açıqlandı
Ölçü:

5-12 iyul tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Koordinat.az-a bildirilib ki, ibtidai sinif, fizika, informatika və riyaziyyat fənləri üzrə daxil olan apellyasiya müraciətlərinə baxıldıqdan sonra müvafiq nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsabiqənin növbəti - vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

 Qeyd edək ki, hazırda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir. İndiyədək imtahanlarda müxtəlif fənlər üzrə 20 000-dən çox namizəd iştirak edib.


17.07.2021 10:42:00
Oxuma sayı: 14790