“Temrin” jurnalı növbəti xüsusi buraxılışını Mirzə Fətəli Axundzadəyə həsr edib
Ölçü:

Azərbaycan Dövlət Televiziyası (AzTV) böyük mütəfəkkir Mirzə Fətəli Axundzadəyə həsr olunmuş reportaj hazırlayıb.

Koordinat.az xəbər verir ki, reportajda Azərbaycan dramaturgiyasının banisi sayılan Axundzadənin öz yaradıcılığında maarifçiliyinə həmişə böyük önəm verdiyindən bəhs olunur. O da qeyd olunur ki, Türkiyədə nəşr olunan “Temrin” jurnalı növbəti xüsusi buraxılışını M.F.Axundzadəyə həsr edib. Azərbaycanın millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyevin dəstəyi ilə nəşr olunan bu jurnal təkcə mədəni sahələrdə deyil, siyasi dairələrdə də böyük nüfuza malikdir. Dərginin xüsusi buraxılışında bütün materialların M.F.Axundzadənin həyat və yaradıcılığına həsr olunması isə bu dahi şəxsiyyətin maarifçilik ideyalarının təbliğinə ən böyük dəstək hüsab olunur.

Xatırladaq ki, M.F.Axundzadə  1812-ci il iyunun 30-da Azərbaycanın qədim əyalətlərindən olan Şəkidə anadan olub. O, 13 yaşınadək ailəsi ilə birlikdə İran Azərbaycanının müxtəlif bölgələrində yaşamış, 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır.

Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi verilmişdir.

M.F.Axundzadə 1878-ci il fevralın 26-da ürək xəstəliyindən vəfat edib, Tiflisdə dəfn olunub.
13.07.2021 11:13:00
Oxuma sayı: 3560