Cavanşir Feyziyev: "Türk dövlətlərinin qloballaşma prosesindən uğurla çıxması naminə..." - MÜSAHİBƏ
Ölçü:


Hazırda dünyada olan bütün türkdilli dövlətlərin Türk Birliyi modelinə uyğun yeni ittifaqda birləşməsi imkanları çox genişdir.

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev "TRT Türkiyənin səsi radiosu"na müsabibəsində deyib. Depuatat müsahibəsində bildirib:
- Türk dünyası araşdırılası və onun haqqında nəzəriyyələrin irəli sürülməsi türk xalqlarının gələcək siyasi taleyi baxımından vacib olan mövzudur. Hazırda bu mövzu ətrafında çalışanlar çoxdur. Mən də onlardan biri kimi türk xalqlarının tarixi, bir-biri ilə birləşib ayrıldığı, savaşlar apardığı və öz xalqlarını tarixin bütün sınaqlarından çıxarıb müasir dövrümüzədək gətirib çıxardığını bacardığım qədər tədqiq etmişəm. Şübhəsiz, bu araşdırmalarımdan sonra türk xalqlarının gələcək siyasi taleyi barədə müəyyən nəticələrə gəlmişəm. Dünya qloballaşır, bu, qaçılmazdır. Qloballaşan dünyada xalqların öz gələcəklərini təyin etdiyini görürük. Məsələn, Avropa Birliyində topalaşan və öz dövlətlərini bir birlik altında sıx bağlamağa çalışan xalqlar roman mədəniyyətinə məxsusdur. Əgər biz yer üzündə yaşayan xalqları sivilizasiyalara bölsək, türk sivilizasiyası da onlardan biri, bəlkə də birincisidir. Ona görə də qloballaşan düdünyada roman mədəniyyətinə, slavyan mədəniyyətinə, afrika mədəniyyətinə və digər mədəniyyətlərə mənsub xalqlar öz dövlətlərini birlikdə qloballaşma prosesindən keçirmək və birlikdə daha da möhkəmləndirməyə çalışırlarsa, biz bu rosesdən kənarda qala bilmərik. Bu baxışdan irəli gələrək Türk Dövlətləri Birliyi şəklində bir siyasi nəzəriyyə irəli sürmüşdüm ki, bu dövlətlərin hazırda müstəil dövlət olan türk dövlətlərinin gələcək qloballaşma proseslərindən sağ və uğurla çıxa bilməsi üçün mütləq onların birləşməsi lazımdır. Bu, ideya təkcə bizim yox, bütün yer kürəsinin gələcəyi ilə bağlıdır. Gələcək panoramda biz türk xalqlarını nümunəsi kimi həmişəyaşarlığını təmin etmək istəyiriksə, türk xalqlarının birləşməlidir.

Cavanşir Feyziyev müsahibəsində türk dövlətlərinin birləşməsi üçün müxtəlif üsul və yollarından da danışıb.

Müsahibənin tam versiyasına aşağıdakı videoda baxa bilərsiniz:

24.06.2021 21:53:00
Oxuma sayı: 4091