NATO ilə Rusiya arasında silahlı insident baş verib
Ölçü:



Qara dənizdə insident yaşanıb.

Koordinat.az
Rusiya KİV-nə istinadən xəbər verir ki, Böyük Britaniyaya məxsus Defender esminetsinin Rusiyanın su sərhədlərini pozmasının qarşısı alınıb. Hadisə Fiolent burnunda baş verib.

Belə ki, Rusiyanın su sərhədlərinə 3 kilometr dərinliyə qədər daxil olan gəmiyə Qara dəniz donanmasının keşikçi gəmiləri tərəfindən xəbərdarlıq atəşi açılıb. Bundan nəticə hasil olmadıqda isə Su-24M təyyarələri tərəfindən 4 xəbərdarlıq xarakterli bomba atılıb.

Yalnız bundan sonra Defender gəmisi ərazini tərk edib.
23.06.2021 15:00:00
Oxuma sayı: 216