Putin: "Qarabağda müharibəni biz dayandırdıq"
Ölçü:

“Dağlıq Qarabağdakı konflikt Rusiyanın həlledici səyləri nəticəsində dayandırıldı”.

Koordinat.az
Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Putinin Moskva Beynəlxalq Təhlükəsizlik Konfransının üzvlərinə müraciətində deyilir.

“Rusiya tarixi, mədəni və insani baxımından ona yaxın qonşu ölkələrin təhlükəsizliyi və çiçəklənməsi üçün daşıdığı məsuliyyəti heç zaman unutmur”- deyə Putin söyləyib.

O, Qarabağda yerləşdirilən sülhməramlıların humanitar situasiya, ərazilərin minalardan təmizlənməsi və sosial infrastukturun bərpası baxımından böyük işlər gördüyünü də əlavə edib.

23.06.2021 10:35:00
Oxuma sayı: 1715