Əlilliklə bağlı yeni qanun 1 ildən sonra tətbiq ediləcək
Ölçü:

Əlilliyi olan şəxlərin hüquqları haqqında qanunun tətbiqi ertələnir.

Koordinat.az
xəbər verir ki, bu barədə Milli Məclisin iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Deputat qeyd edib ki, qanunun yanvar ayının 1-nə qədər tətbiqi çətin olacaq: “Yeni qaydaların mükəmməl və nöqsansız tətbiqi üçün 1 iyul 2022-ci ildən qüvvəyə minməsi müvafiqdir”.

Xatırladaq ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinə üçüncü oxunuşda iki dəyişiklik edilib. Belə ki, qanunun 1.3-cü bəndinə "10 və 15 iş günü" ifadələri "10 iş günü və 5 iş günü" ifadələri əlavə edilib. Yəni qanuna yeni edilmiş dəyişikliklə vətəndaşa 10 iş günü ərzində əlilliyinin qiymətləndirilməsi barədə məlumat veriləcək.

Sözügedən qanun Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib. Qanuna dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi yeni qaydalar əsasında keçiriləcək. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Yeni qaydalar 2022-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.

23.06.2021 09:45:00
Oxuma sayı: 202