Xankəndidə nə baş verir? - Moskva narahatdır ki...
Ölçü:

Ermənistanda keçirilən seçkilərdə məğlub olan Rusiya indi də ümidini Dağlıq Qarabağdakı separatçı rejimin siyasi rəhbərliyini ələ keçirməyə bağlayıb. Bu məqsədlə Xankəndidə Arayikin istefası tələbi ilə mitinq təşkil olunub.

Koordinat.az
xəbər verir ki, hadisəni şərh edən siyasi şərhçi, AXCP üzvü Fuad Qəhrəmanlının sözlərinə görə, Moskva narahatdır ki, Araik Paşiniyanın siyasi kursunu dəstəkləyərsə, o zaman Dağlıq Qarabağ kartından istədiyi kimi istifadə edə bilməyəcək: “Xüsusilə də Dağlıq Qarabağla bağlı danışıqlarda Qərbin diplomatik və siyasi təşəbbüsü ələ alması, bu üzdən də Moskvanın proseslərə nəzarətinin zəifləməsi perspektivlərini nəzərə alanda, Putinin narahatlığını başa düşmək olur. Bu səbəbdən Rusiya Ermənistandakı siyasi məğlubiyyətindən sonra hələlik nəzarətində saxladığı işğal bölgəsində yeni revanşa cəhd edir.

Başqa bir məqsəd də Dağlıq Qarabağ üzərindən gərginlik yaradıb, Ermənistan daxilində siyasi böhran yaratmaq istəyidir. Çünki parlament seçkilərində böyük üstünlük qazanmış Paşiniyanın Rusiya qarşısındakı möqeyini zəiflətməkdən ötrü indi Dağlıq Qarabağ kartı Putinin əlində qalan yeganə vasitədir.

Moskva gözəl başa düşür ki, siyasi və diplomatik nəzarət Qərbin əlinə keçərsə, Rusiyanın Dağlıq Qarabağdakı hərbi iştirakı da perspektivdə sual altına düşə bilər. O üzdən də qondarma rejimin Təhlükəsizlik Şurasının rəhbəri Vitali Balasnyanı Araikin yerinə gətirmək istəyir”.

22.06.2021 16:59:00
Oxuma sayı: 1936