Bir sutkada 42843 nəfərə vaksin vuruldu
Ölçü:

Azərbaycanda son sutkada 42843 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 22284 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 20559 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 3032516 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1971930 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1060586 nəfərdir.

22.06.2021 16:42:00
Oxuma sayı: 2277