İran səfirindən Azərbaycan xalqına Ramazan təbriki
Ölçü:


İran səfiri Azərbaycan xalqını və dövlətini təbrik edibİran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Ramazan bayramı münasibətilə Azərbaycan xalqınl və dövlətini təbrik edib.

Koordinat.az
xəbər verir ki, səfirliyin yaydığı təbrikdə deyilir:
"Müsəlman, dost və qardaş Azərbaycan Respublikası dövlətini və xalqını mübarək Ramazan (Fitr) bayramı münasibətilə təbrik edirəm. Allahın sonsuz nemət, bərəkət və rəhmət ayı ilə vidalaşaraq, Şəvval ayının daxil olması və mübarək Ramazan bayramına görə şükr edir, Allahın dərgahından bütün müsəlmanlar, xüsusilə Azərbaycan Respublikası xalqı üçün cansağlığı, sülh, əmin-amanlıq, mənfur koronavirus pandemiyasının tezliklə bitməsini arzu edir və ibadətlərin qəbul olunmasını diləyirəm".

11.05.2021 23:15:00
Oxuma sayı: 526