Səfirlik Laçın dəhlizindən İrana məxsus yük maşınlarının keçdiyini təkzib edir
Ölçü:

Laçın dəhlizindən İrana məxsus yük maşınlarının Qarabağa gediş-gəlişi ilə bağlı kiber məkanda irəli sürülən iddialar İran İslam Respublikasının müvafiq qurumları tərəfindən araşdırılıb. Araşdırmalara əsasən iddianı və yayımlanan videonu sübut edən heç bir dəlil əldə edilməyib.

Koordinat.az xəbər verir ki, bu barədə İranın Bakıdakı səfirliyinin mətbuat şöbəsi məlumat yayıb. Bildirilir ki, iki dost və qardaş ölkə arasındakı münasibətlərin inkişaf etdiyi bir vaxtda İranla Azərbaycan arasındakı münasibətlərin inkişafını istəməyən qruplar tərəfindən belə əsassız və yalan məlumatlar yayımlanır.
08.05.2021 23:10:00
Oxuma sayı: 686